Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan Xüsusi Olimpiya Oyunları ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsi məlumat yayıb.
Bildirilib ki, qərar Ukraynada gedən proseslərin fonunda qəbul edilib.
Turnir 2023-cü il 21 - 27 yanvara nəzərdə tutulmuşdu. Qeyd edək ki, dörd ildən bir qış və yay idman növləri üzrə keçirilən Xüsusi Olimpiya Oyunlarında əqli qüsurlu şəxslərin iştirakına icazə verilir.
Bizim.Media