Dünya Taekvondo Federasiyası (WT) Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda iştirakını qadağan edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib. Bildirilib ki, növbəti xəbərdarlığa qədər qərar qüvvədə qalacaq.
Qeyd edilib ki, qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda qəbul edilib.
Bizim.Media