Londonun “Çelsi” futbol klubunu almaqda maraqlı olanlar arasında UFC çempionu Konor Makqreqor da var.
Bizim.Media xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.
İdmançı paylaşımına "Mən bunu, nəzərdən keçirmək istəyirəm", - deyə qeyd edib.
Xatırladaq ki, Rusiyalı iş adamı Roman Abramoviç sahibi olduğu "Çelsi"ni satmaq qərarını açıqlayıb. Klubun qiyməti son olaraq 4 milyard funt sterlinq olduğu bildirilib.
Bizim.Media
