Argentina millisi və PSJ-nin futbolçusu Lionel Messinin adı "Hard Rock Cafe" restoranlar şəbəkəsi tərəfindən menyuya daxil edilib.
Bizim.Media xəbər verir ki, restoran 34 yaşlı hücumçunun adında burger istehsal edəcək. Mal əti, pendir, kolbasa, qırmızı soğan və xüsusi sousdan hazırlanan "fast-food" qızardılmış çörəkdə müştərilərə təqdim olunur. Şirkət rəhbərliyi yeni burgerlərin böyük marağa səbəb olduğunu və yaxşı satıldığını bildirib.
Qeyd edək ki, Lionel Messi ötən ilin avqust ayından PSJ-də oynayır.
Bizim.Media