Beynəlxalq Paralimpiya Komitəsi (IPC) Rusiya və Belarus idmançılarına IPC bayrağı altında Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında iştirak etməyə icazə verib.
Bizim.Media xəbər verir ki, sözügedən yığmalar oyunlarda neytral statusda, bayraqsız və himnsiz iştirak edə biləcək. Onların nəticələri qeyri-rəsmi komanda hesabında da nəzərə alınmayacaq.
Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 4-13-də baş tutacaq.
Bizim.Media