Futbol üzrə Xorvatiya millisinin yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə Xorvatiya Futbol İttifaqı məlumat yayıb.
Komanda Slaven Biliçə tapşırılıb. 57 yaşlı mütəxəssis bu postda Zlatko Daliçi əvəzləyib.
Xatırladaq ki, Slaven Biliç 2006-cı ildən 2012-ci ilədək bu komandanın baş məşqçisi olub. O, son olaraq Səudiyyə Ərəbistanında “Əl-Fateh” klubunda işləyib.
Bizim.Media