Sertifikasiyada az bal toplayan müəllimlərin dərs saatı azalır

Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.

Bizim.Media xəbər verir ki, "Azedu.az" təhsil portalının direktoru Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, oxşar yanaşma əvvəllər müəllimlərin diaqnostik qiymətləndirilməsindən sonra da müşahidə olunurdu.

O bildirib ki, diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərə daha çox dərs saatının verilməsi, zəif nəticə göstərənlərin dərs yükünün isə azaldılması halları mövcud idi.

Dərs saatı müəllimin aylıq əməkhaqqını müəyyənləşdirən əsas göstəricilərdən biridir. Müəllimin bir stavkadan az və ya çox dərs yükünə malik olması onun qazancına birbaşa təsir edir. Buna görə də dərs bölgüsü yalnız pedaqoji deyil, eyni zamanda sosial və maddi əhəmiyyət daşıyan məsələdir.
 

"Sertifikatlaşdırma prosesindən sonra da sosial şəbəkələrdə və təhsil ictimaiyyətində aparılan müzakirələri izləyərkən oxşar halların olduğunu müşahidə etdik. Müxtəlif məktəblərdən verilən məlumatlara əsasən, sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərə dərs bölgüsü zamanı müəyyən üstünlük verildiyi, aşağı bal toplayan müəllimlərin isə daha az dərs saatı ilə təmin olunduğu görünür. Lakin bunu bütün məktəblərə aid vahid və məcburi qayda kimi təqdim etmək doğru olmaz".


E. Nuri qeyd edib ki, hazırda dərs bölgüsü, əsasən, məktəbin daxili pedaqoji qərarları, müəllimlərin ixtisası, peşəkarlıq səviyyəsi, siniflərin sayı, tədris planı və mövcud dərs yükü nəzərə alınmaqla həyata keçirilir.

Məktəbdə eyni fənni tədris edən bir neçə müəllim olduğu halda onların göstəricilərinin, təcrübəsinin və fəaliyyət nəticələrinin nəzərə alınması təbiidir. Sertifikatlaşdırma nəticəsi də həmin göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Ancaq bütün dərs bölgüsünün yalnız sertifikatlaşdırma balına əsasən aparılması mübahisəli yanaşmadır.
 

"Bu məsələ ilə bağlı aidiyyəti qurum tərəfindən konkret və vahid tənzimləyici sənəd qəbul edilsəydi, həmin qaydalara əsaslanaraq hansı addımın doğru, hansının yanlış olduğunu dəqiq şərh etmək mümkün olardı. Belə bir ümumi mexanizm olmadıqda isə məsələ, əsasən, məktəb rəhbərliyinin və pedaqoji şuranın qərarından asılı qalır".


"Hesab edirəm ki, müəllimlər arasında narazılığın və subyektiv yanaşma ilə bağlı şübhələrin yaranmaması üçün dərs bölgüsünün meyarları əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir. Müəllim bilməlidir ki, ona dərs saatı hansı göstəricilərə əsasən verilir və ya hansı səbəbdən azaldılır.

Sertifikatlaşdırma nəticəsi nəzərə alınacaqsa, bunun dərs yükünə hansı formada və nə dərəcədə təsir etdiyi də açıq şəkildə göstərilməlidir. Şəffaf və vahid meyarların müəyyənləşdirilməsi həm məktəb daxilində sağlam iş mühitinin qorunmasına, həm də müəllimlərin hüquqlarının təmin olunmasına xidmət edər”- sonda o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə təhsil planı quranlara XƏBƏRDARLIQ: Vasitəçi şirkətlərə diqqət - Video

Xaricdə təhsil planı quranlara XƏBƏRDARLIQ: Vasitəçi şirkətlərə diqqət - Video

Qəbələdə qumar oynayan şəxs cərimələndi – 3 min manat

Qəbələdə qumar oynayan şəxs cərimələndi – 3 min manat

Alimlər Yerdə həyatın bir yox, iki dəfə yarana biləcəyini açıqlayıblar

Alimlər Yerdə həyatın bir yox, iki dəfə yarana biləcəyini açıqlayıblar

Məşhur aktyor “Daha 17” serialına qatıldı

Məşhur aktyor “Daha 17” serialına qatıldı

Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Almaniya Taliban nümayəndələrinin ölkəyə girişinə yenidən icazə verdi

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Sertifikasiyada az bal toplayan müəllimlərin dərs saatı azalır

Sertifikasiyada az bal toplayan müəllimlərin dərs saatı azalır

Arzu Nağıyevin ailəsində ağır itki

Arzu Nağıyevin ailəsində ağır itki

Səhər tezdən evinə qayıtdı, meyitini tapdılar - Tərtərdə müəmmalı ÖLÜM

Səhər tezdən evinə qayıtdı, meyitini tapdılar - Tərtərdə müəmmalı ÖLÜM

Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Şükür Həmidovun qızının toyuna gedə bilmədi - Bahalı hədiyyə göndərdi

Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı

Əməkdar artistin fotosu Azərbaycan dərsliyinə salındı

2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü

2026-cı ilin ən çox satılan smartfonları — TOP-10-u iki marka bölüşdürdü

İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib

İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib

Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Suriya Əsədin keçmiş məmurlarının ölkədən çıxardığı aktivləri geri qaytarır

Şirvanda dəhşətli qəza - ölən və yaralanan var- FOTO

Şirvanda dəhşətli qəza - ölən və yaralanan var- FOTO

3379 abituriyent, 25 ÜMİD YERİ – Bir vaxtlar populuyar olan ixtisasa indi niyə maraq qalmayıb?

3379 abituriyent, 25 ÜMİD YERİ – Bir vaxtlar populuyar olan ixtisasa indi niyə maraq qalmayıb?

Siqaret verməyən oğlanı döydü, həbs olundu – Lənkəranda ŞOK hadisə

Siqaret verməyən oğlanı döydü, həbs olundu – Lənkəranda ŞOK hadisə

ÇL: “Barselona” Bakıya nə vaxt gələcək? – TƏQVİM

ÇL: “Barselona” Bakıya nə vaxt gələcək? – TƏQVİM

Bakı-Qazax yolunda yeni KÖRPÜ TİKİLİR

Bakı-Qazax yolunda yeni KÖRPÜ TİKİLİR

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Bakıda sürücüyə 2 illik qadağa qoyuldu – saxlanıldı

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi -  VİDEO

Baş Prokurorluq hansı məscidi nəzərdə tutub? - Xəbərdarlığın səbəbi bilindi - VİDEO

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

Pentaqondan Londona hərbi xərclərlə bağlı təzyiq

End of content

No more pages to load

RADİO