"Barselona"nın hücumçusu Ferran Torres yay transfer pəncərəsində klubunu dəyişə bilər. "Diario Sport"un məlumatına görə, ispaniyalı futbolçu ilə Fransa çempionu PSJ yaxından maraqlanır.
Bizim.Media xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı hücumçu üçün 50 milyon avro tələb edir. PSJ isə bonuslar da daxil olmaqla, 45 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Torresin "Barselona" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı futbolçu ötən mövsüm bütün turnirlərdə iştirak etdiyi 49 matçda 21 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media