“Qalatasaray” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, “cim-bom” “Əl Nəsr”dən Con Duranla anlaşıb. Bu barədə “Sabah” nəşri məlumat yayıb.
İstanbul klubu 22 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürəcək. Duranın son klubu “Zenit” olub.
O, Sankt-Peterburq təmsilçisində icarədə çıxış edib. Kolumbiyalı futbolçu daha əvvəl Türkiyədə “Fənərbağça”nın formasını geyinib.
Bizim.Media