Avropa Cüdo İttifaqının (ACİ) prezidenti Sergey Soloveyçik vəzifədən gedib.
Bizim.Media xəbər verir ki, qurumun 74 yaşlı prezident ACİ-nin İcraiyyə Komitəsinin növbədənkənar iclasında istefa verib.
Onun təklifindən sonra 67 yaşlı vitse-prezident Otto Kneytinger yekdilliklə müvəqqəti olaraq ACİ-nin prezidenti vəzifəsinə seçilib.
O, istefasını Rusiya ilə Ukrayna arasındakı hərbi gərginliklə əlaqələndirib.
Bizim.Media