"Kəpəz" Luis Paçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı forvardın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 30 yaşlı futbolçu ötən mövsüm “Kəpəz”də 29 matçda 5 qol vurub.
Bizim.Media