“Qarabağ” yay fasiləsində daha bir aparıcı futbolçusunu itirə bilər.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, hücumçu Kamilo Duranın Şotlandiyaya köçmək variantı yenidən gündəmə gəlib.
Şotlandiya Premyer Liqasının nəhəngi “Seltik” kolumbiyalı forvardla ciddi maraqlanır. Son illər hücumçu transferlərində istədiyi nəticəni ala bilməyən şotlandlar bu dəfə Duranın komandanın hücum potensialını artıracağına inanır.
Bir müddət əvvəl Kamilonu hədəfə alan şotlandlar daha sonra geri çəkilsə də, indi yenidən fəallaşıb.
Qeyd edək ki, Kamilo Duran “Qarabağ”a ötən yay Portuqaliyanın “Portimonense” klubundan keçib. 24 yaşlı hücumçunun ağdamlılarla müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
Bizim.Media