Azərbaycan millisinin vingeri Rüfət Abdullazadə İsrailin “Hapoel Kiryat Şmona” klubuna keçib.
Bizim.Media xəbər verir ki, Abdullazadənin hüquqları Xorvatiyanın “Varajdin” klubuna məxsusdur.
Yerli mətbuatdakı məlumatlara görə, o, İsrail klubuna icarə əsasında verilib. İcarənin müddəti 1 ildir.
Qeyd edək ki, Rüfət ötən mövsümün ikinci hissəsini icarə qaydasında “Zirə”də keçirib.
Bizim.Media