Almaniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Yulian Naqelsmanla bağlı qərar verib.
Bizim.Media “Bild” nəşrinə istinadla xəbər verir ki, 38 yaşlı mütəxəssislə yollar ayrılıb.
Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı.
Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
Bizim.Media