Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun penaltini “Bismillah” deyərək vurması iddia edilib.
Bizim.Media xəbər verir ki, ulduz hücumçunun dünya çempionatının pley-off mərhələsində keçirilən Xorvatiya ilə qarşılaşmanın 68-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsi zamanı bunu etdiyi yazılıb.
Azarkeşlərin əksəriyyəti Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Ronaldonun “Bismillah” deməsini alqışlayıb.
Qeyd edək ki, görüş Portuqaliyanın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media