“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Bizim.Media xəbər verir ki, Ağdam klubu “Ferentsvaroş”un sağ cinah oyunçusu Cebrail Makreçkisi heyətinə qatmağa hazırlaşır.
Almaniyada dünyaya gəlmiş, “Bayer”in yetirməsi olan Makreçkis “Bonner”, “Borussiya” (Dortmund, II), “Viktoriya” (Berlin), “Pirin” kimi komandaların da şərəfini qoruyub. O, 2023-cü ilin yayından “Ferentsvaroş”da çıxış edir.
Makreçkis Latviyanın U-19 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.
Bizim.Media