"Latsio"nun müdafiəçisi Nunu Tavareş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi 26 yaşlı sol cinah müdafiəçisi üçün 10 milyon avroluq təklif göndərib. İtaliya klubu isə 15 milyon avro tələb edir.
Qeyd edək ki, "Latsio" Nunu Tavareşi 2024-cü ilin yayında "Arsenal"dan transfer edib.
Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə Roma təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media