Mərakeşin U-20 yığmasının sabiq üzvü Nassim Azauzinin "Zirə"yə keçidi reallaşmayacaq.
Bizim.Media xəbər verir ki, afrikalı hücumçu bir müddət baxışda olsa da, məşqçilər korpusunun etimadını qazana bilməyib.
Ona görə də, o, düşərgədən ayrılıb və komanda ilə birlikdə Türkiyəyə də aparılmayıb.
Qeyd edək ki, Belçikanın U-17 və Mərakeşin U-20 yığmasının forvardı olmuş Nassim “Yonq Mexelen”də çıxış edir. Azauzi “Anderlext”in yetirməsidir.
Bizim.Media