“Qəbələ” heyətinə yeni futbolçu cəlb edib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi kot-d`ivuarlı sol cinah müdafiəçisi Kouya Mabena ilə 1+1 illik müqavilə bağlayıb.
27 yaşlı futbolçu son olaraq Maltanın “Floriana” klubunda çıxış edib. O, buna qədər “Vesterlo” (Belçika), “UTA Arad” (Rumıniya), “Hapoel Hadera”, “Hapoel Rişon LeZion” (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.
Bizim.Media