Dünya çempionatının startı təkcə meydandakı gərgin mübarizə ilə deyil, həm də idmançıların emosional ailə tabloları ilə yadda qalır. Braziliya millisinin ulduz hücumçusu Neymar DÇ-2026-da keçirdiyi ilk qarşılaşmadan sonra tribunalarda onu tək qoymayan ailəsinə doğru qaçıb.
Bizim.Media xəbər verir ki, ulduz futbolçunun debüt matçını stadiondan onun 15 yaşlı oğlu və iki azyaşlı qızı maraqla izləyib.
Matçın final fitindən sonra Neymarın övladları ilə görüşdüyü anlar kameraların obyektivinə tuş gəlib və sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Yeri gəlmişkən, 34 yaşlı futbolçunun ailəsində tezliklə növbəti dəfə körpə səsi eşidiləcək. Neymar yaxın vaxtlarda yenidən ata olmağa hazırlaşır. Bu, məşhur hücumçunun beşinci övladı, həmçinin son üç il ərzində dünyaya gələn dördüncü qızı olacaq.
İdman mediası ulduz oyunçunun həm meydandakı performansı, həm də şəxsi həyatındakı bu xoş xəbərləri yaxından təqib etməkdədir.
Bizim.Media