“Turan Tovuz” klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bölgə klubu seneqallı forvard İbrahima Vadjiyə ehtiyac duymayıb.
Baş məşqçi Kurban Berdıyevin qərarına əsasən təcrübəli forvardla yeni müqavilə imzalanmayıb.
Qeyd edək ki, Fransanın “Sent Etyen” klubundan transfer olunan Vadji ötən ilin yayından “Turan Tovuz”un şərəfini qoruyurdu. Vadji Azərbaycanda “Qarabağ”da da çıxış edib.
Bizim.Media