Türkiyə Superliqasının debütantı “Çorum” “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçlə anlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Ağdam təmsilçisi ilə yeni müqavilə məsələsində anlaşa bilməyən monteneqrolu futbolçu bu yay komandasını dəyişmək qərarına gəlib. Hətta 31 yaşlı orta sahə oyunçusunun “Çorum”la ilkin sözləşməni razılaşdırdığı da bildirilir.
İndi qalır klubların ortaq məxrəcə gəlməsi. “Çorum” keçidi 800 min avroya həll etməyə çalışır.
Lakin “Qarabağ” rəhbərliyi aparıcı oyunçusunun satışından daha yüksək gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, Marko Yankoviçin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
Bizim.Media