“Formula-1” üzrə Rusiya Qran-prisi ləğv olunub.
Bizim.Media xəbər verir ki, bu barədə dünya çempionatının təşkilatçıları qərar qəbul edib.
Bildirilib ki, sentyabrın 25-də Soçidə gerçəkləşməli olan Rusiya Qran-prisi baş tutmayacaq.
Qeyd edək ki, “Formula-1” mövsümünə martın 20-də Bəhreyndə start veriləcək.10-12 iyunda Bakıda Azərbaycan Qran-prisi keçiriləcək.
Bizim.Media