UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.
Qeyd edək ki, cari mövsüm final matçı mayın 28-də gerçəkləşəcək.
Bizim.Media