“Barselona” basketbol klubu Ukraynadakı vəziyyətə görə Avroliqanın daimi mövsümünün oyunu üçün Sankt-Peterburqa uçmamaq qərarına gəlib.
Bizim.Media-nın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Zenit"lə görüş fevralın 25-nə təyin edilib. İspaniya klubunun fevralın 27-də Moskvada daha bir oyunu var.
“Son saatlarda Rusiya və Ukrayna arasında müharibə ilə bağlı ortaya çıxan məlumatdan sonra “Barselona” Sankt-Peterburqa uçmamaq qərarına gəlib”, bəyanatda deyilir.
Bizim.Media