UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” oyunundan əvvəl konsert proqramı təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Konsert Abbas Bağırov, Samirə Əfəndi və Samir Cəfərovun iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.
Bizim.Media
