Türkiyə futbol tarixinin əfsanəvi oyunçularından biri, "Qalatasaray"ın və milli komandanın sabiq hücumçusu, "Qızıl buts" mükafatına layiq görülən yeganə türk futbolçu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.
Bizim.Media xəbər verir ki, 59 yaşlı veteran hücumçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.
T.Çolakın azarkeşlər görüşü təşkil olunub. Qonaq əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.
Bizim.Media