Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası ilə İspaniya “Sevilya”sı arasında baş tutan Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra tribunada iğtişaş yaşanıb.
Bizim.Media xəbər verir ki, "Ramon Sançez Pisxuan" stadionunda keçirilən görüşdə meydan sahiblərinin ilk qolundan sonra xorvat azarkeşlərlə polis arasında gərginlik yaranıb.
Qısa müddət sonra tribunalarda sakitlik yaranıb.
Qeyd edək ki, matç “Sevilya”nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media