Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında debüt edib.
Bizim.Media-nın məlumatına görə, 25 yaşlı hücumçu İspaniyada "Sevilya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda meydana daxil olub.
Forvard 57-ci dəqiqədə Deni Yuriçi əvəzləyib.
Qeyd edək ki, matç "Sevilya"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizim.Media