Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında 1/16 final oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisi "Sevilya"nın (İspaniya) qonağı olacaq. Qarşılaşma bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Artıq komandaların heyətləri açıqlanıb. Mahir Emrelinin adı oyunun iştirak ərizəsindədir. O, ehtiyat oyunçular siyahısında yer alıb.
Bizim.Media