UEFA Konfrans Liqasının rəsmi tviter hesabı pley-off mərhələsində üz-üzə gələcək "Qarabağ" və Fransa "Marsel"i ilə bağlı sorğu keçirir.
Bizim.Media xəbər verir ki, postda "kim 1/8 final mərhələsinə yüksələcək" sualı ünvanlanıb.
Hələlik səsvermədə iştirak edən 1487 nəfərdən 73,5 faizi Fransa klubunun, 26,5 faizi isə Azərbaycan təmsilçisinin mərhələ adlayacağını düşünür.
Qeyd edək ki, bu gün "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

Bizim.Media