"Legiya"da Mahir Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalmış Lukinyas da Polşa klubundan ayrılıb.
Bizim.Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ABŞ-ın "Nyu-York Red Bulls" klubuna keçib.
Bu barədə MLS təmsilçisinin rəsmi saytı xəbər yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Polşa çempionatının 28-ci turunda Plotsk "Visla"sına məğlubiyyətdən sonra azarkeşlər komandanın avtobusuna girərək Mahir Emreli və Lukinyası döyüblər.
Bundan sonra millimizin hücumçusu "Legiya"dan ayrılaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçib.
Bizim.Media