UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib.
Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi?".
Bizim.Media
