Gənclər və idman naziri Fərid Qayıbov Pekində keçirilən Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımız Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.
Azərbaycan Milli Olimpiya Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Pekin-2022-də ölkəmizin missiya rəhbəri Anar Bağırov, nümayəndə heyətinin üzvü Ceyhun Rəhmanovun da iştirak edib.
Fərid Qayıbov sabah çıxış edəcək idmançımıza uğurlar arzulayıb.
Bizim.Media