Serbiyanın Novi Sad şəhərində təşkil olunan beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçisi Abdulla Qədimbəyli ikinci yeri tutub.
Bizim.Media xəbər verir ki, şahmatçımız 9 turdan 5,5 xal toplayıb. Onunla eyni xalı yığan Ukrayna şahmatçısı Alexander Kovçan əlavə əmsallara görə birinci pillədə qərarlaşıb.
İsveçrə sistemi üzrə keçirilən yarışda 7-si qrosmeyster olmaqla, 16 şahmatçı iştirak edib.
Bizim.Media