Seneqalda futbol stadionuna ölkənin milli komandasının və "Liverpul"un üzvü Sadio Manenin adı veriləcək.
Bizim.Media xəbər verir ki, bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb.
O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq.
Bu stadionun açılışı 2023-cü ildə olacaq.
Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.
Bizim.Media