İngiltərənin "Çelsi" klubu futbol üzrə klublararası dünya çempionatının qalibi olub.
Bizim.Media xəbər verir ki, "zadəganlar" Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Məhəmməd bin Zayed" stadionunda təşkil olunmuş final oyununda Braziliya "Palmeyras"ını məğlubiyyətə uğradıb - 2:1.
Beləliklə, "Çelsi" tarixində ilk dəfə klublar arasında dünya çempionluğu əldə edib.
Bizim.Media