19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Yusuf Oral Türkiyədə klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, yarımmüdafiəçi “Beşiktaş” klubu ilə yollarını ayırıb.
Futbolçu üçüncü liqa təmsilçisi “Kuşadasıspor” klubu ilə birillik müqavilə imzalayıb.
Bizim.Media