Portuqaliya Premyer Liqasının 22-ci turunda "Portu" - "Sportinq" (2:2) görüşündən sonra meydanda xoşagəlməz hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, qarşılaşmanın ardından komandaların oyunçuları dalaşmağa başlayıblar. Bu zaman klubların texniki heyəti və məşqçilər korpusu da mübahisə ediblər.
Qeyd edək ki, "Portu" turnir cədvəlində 60 xalla 1-ci, "Sportinq" isə 54 xalla 2-cidir.
Bizim.Media