Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Yusuf Oral Türkiyədə klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi "Beşiktaş"dan ayrılaraq 3-cü liqa təmsilçisi "Kuşadasıspor"a keçib. O, yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yusuf Oral ötən ildən U-19 yığmamıza çağırılır.
Bizim.Media
