Millimizin futbolçusu Mahir Emreli şənbə günü "Dinamo"da (Zaqreb) debüt edə bilər.
Bizim.Media xəbər verir ki, Xorvatiya mətbuatı 24 yaşlı hücumçunun adının Xorvatiya çempionatının 23-cü turunda "Qoritsa" ilə matçın iştirak ərizəsində yer alacağını yazıb.
Bildirilib ki, "İstra" ilə görüşdə komandanın hücumçusu Bruno Petkoviç 4-cü xəbərdarlıq alaraq cəzalı duruma düşdüyü üçün növbəti turda meydana Emreli çıxacaq.
Həmçinin Zaqreb təmsilçisinin 15 gün ərzində 5 vacib oyuna ("Qoritsa", "Lokomotiv" "Osiyek"lə ölkə çempionatı, "Sevilya" ilə Avropa Liqası matçları) çıxacağı xatırladılıb. Sıx qrafik səbəbindən baş məşqçi Jelko Kopiçin rotasiyaya əl atacağı vurğulanıb.
Qeyd edək ki, fevralın 12-i keçiriləcək "Dinamo" - "Qoritsa" görüşü Bakı vaxtı ilə saat 20:05-də başlayacaq.
Bizim.Media