“Qarabağ” bu qış heyətinə növbəti futbolçular cəlb edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, transfer pəncərəsinin son günləri olmasına baxmayaraq, hələ də heyəti gücləndirmək istəyirlər.
Q.Qurbanov transfer etmək istədikləri futbolçuların adlarını açıqlamayıb.
“Çox futbolçuya müqavilə təklifi göndərmişik. Bəzisinə 2, bəzisinə 3 illik müqavilə təklif etmişik. Danışıqlar davam edir”.
Qeyd edək ki, “Qarabağ” qış fasiləsində Rüstəm Əhmədzadə, Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.
Bizim.Media