Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda heç vaxt müzakirəsi səngiməyən mövzulardan biri müğənnilərin, musiqiçilərin gəlirləridir. Sənətçilərin dəbdəbəli evləri, bahalı avtomobilləri, geyimləri insanların diqqətini çəkir, onların nə qədər qazandığı haqqında müxtəlif suallar yaranır. Xüsusilə, bəzi müğənnilərin toylara 5-15 min və daha yüksək məbləğə getməsindən sonra müzakirələr daha da aktuallaşır.

Bununla yanaşı, müğənnilər kliplərdən, reklamlardan və digər fəaliyyətlərdən də gəlir əldə edirlər.

Bəs sənətçilərin həqiqi qazancı hansı meyarlarla müəyyən edilir? Bəyan edilən gəlirlərlə faktiki gəlirlərin uyğunluğu necə yoxlanılır? Bu prosesdə vergi orqanları hansı mexanizmlərdən istifadə edir?

Dövlət Vergi Xidmətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, vergi ödəyicisi gəlirlərinin, xərclərinin və vergitutma obyektlərinin uçotunu aparmalı, qanunla müəyyən edilmiş hallarda vergi hesabatlarını təqdim etməli və hesablanmış vergiləri vaxtında ödəməlidir.

Məlumatda vurğulanıb ki, bu öhdəliklərin yerinə yetirilməsi vergi sistemində şəffaflığın və vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsinin əsas şərtlərindən biridir:

“Vergi Məcəlləsinə əsasən fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan və toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. Qeyd edilən fəaliyyət ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 20 manatdır.

Bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün yuxarıda qeyd olunan aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

-Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

-Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

-Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

-digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5”.

Qeyd edilib ki, vergilərin düzgün hesablanmasını və tam, vaxtında ödənilməsini təmin etmək üçün vergi orqanları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.

Bu zaman vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi bəyannamə və hesabatları təhlil edir. Bununla yanaşı, vergi ödəyicisinin uçot məlumatları, təqdim etdiyi hesabatlar, vergi orqanında mövcud olan digər məlumatlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilən məlumatlar vasitəsilə də vergi ödəyicisinin öhdəliklərini düzgün yerinə yetirməsinə nəzarət edilə bilər.

Belə məlumatların təhlili vergi ödəyicisinin bəyan etdiyi gəlirlərin, xərclərin və digər vergitutma obyektlərinin faktiki fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsinə imkan verir. Məlumatlar arasında uyğunsuzluq və ya vergi öhdəliyinin düzgün hesablanmadığını göstərən hallar aşkar edildikdə, qanunvericilikdə nəzərdə tutulan nəzarət və yoxlama mexanizmlərindən istifadə edilə bilər” – məlumatda bildirilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

İsrail Prezidenti Bakıya “Şuşa” təyyarəsi ilə gəlib? - Video

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

End of content

No more pages to load

RADİO