İngiltərə Premyer Liqasında ilin futbolçusu müəyyənləşib.
Azarkeşlər arasında aparılan səsvermənin nəticələrinə əsasən Məhəmməd Salah 2020-ci ilin oyunçusu seçilib.
“Liverpul”un misirli hücumçusu digər namizədləri arxada qoyub.
2-ci yeri Cek Qriliş (“Aston Villa”), 3-cü pilləni Markus Reşford (“Mançester Yunayted”) tutub. Kevin De Breyne (“Mançester Siti”) və Cordan Henderson (“Liverpul”) ilk “Beşlik”də qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 15 futbolçu səs toplaya bilib. (APA)
Bizim.Media