İspaniya La Liqasında 23-cü turun mərkəzi matçı “Nou-Kamp”da baş tutub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, “Barselona” ilə “Atletiko”(Madrid) arasındakı qarşılaşma ev sahiblərinin böyük üstünlüyü ilə keçib.
Katalonlar paytaxt klubunu ilk qolu vurmağa peşman ediblər. Təkcə ilk hissədə “Atletiko” qapısında üç qol görüb.
Komanda yalnız yeddi il öncə, yenə də “Barsa” ilə oyunda ilk hissədə üç top buraxıb.
Matçın 69-cu dəqiqəsində Dani Alveş meydandan qovulsa da, qonaqlar say üstünlüyündən yararlana bilməyib.
Yekun hesab 4:2 katalon klubunun xeyrinə olub.
Bu nəticədən sonra “Barselona” 4-cü piləyə yüksəlib. “Atletiko” isə 5-ci mövqeyə düşüb.
Bizim.Media