Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb.
MÖVZU İLƏ BAĞLI:
“Böyük dəbilqə”: Cüdoçumuz Uşangi Kokauri yarımfinala vəsiqə qazandı
Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur.
Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.
Bizim.Media