Azərbaycan cüdoçusu Kəramət Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də bürünc medal uğrunda görüşə çıxıb.
Bizim.Media xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Jaba Papinaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Məğlub olan Hüseynov 5-ci yeri tutub.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Dauda Daboneyə (Kot d ivuar), ardınca Ariunbold Enxtayvana (Monqolustan) qalib gəlmişdi.
O, yarımfinalda Ryudzu Naqayamaya (Yaponiya) uduzmuşdu.
Bizim.Media