“Qarabağ”da 2025-ci ildəki 11 önəmli HADİSƏ

“Qarabağ” klubu 2025-ci ilin ən əlamətdar məqamlarını təqdim edib.

Bizim.Media xəbər verir ki, klubun açıqlamasında ilin önəmli uğurlarına, əlamətdar məqamlarına və komandaya məxsus xüsusi hadisələrə toxunulub.

“Qarabağ”dan “Flamenqo”ya

Komandamız növbəti səs-küylü transferi gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərimizə sevinc bəxş edən Olavio Juninyo “Flamenqo”ya transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən “Sevilya”nın heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu Braziliyaya qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından komandamızın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, komandamızla ölkə çempionu olub, çempionatın bombardiri və kuboku qalibi adına yiyələnib.

Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq 

Komandamız 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçimiz Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.

“Qarabağ”dan yeni rekord
 

2024/25 mövsümünü çempion kimi tamamlayan komandamız kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan “Qarabağ” tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da komandamız turnirin tarixində mütləq rekorda imza atıb. “Qarabağ” Azərbaycan kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.


10-cu dəfə “Qarabağ”lı

Komandamızın futbolçusu Leandro Andrade Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada komandamızın futbolçusu layiq görülüb.

Tarixi uğur

Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub olan ‘Qarabağ’ 2017/18 mövsümündə əldə etdiyi uğuru təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ‘Qarabağ’ bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib. Pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdıran komandamız bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.
Prezidentin daimi diqqət və qayğısı

Prezident İlham Əliyev hər zaman olduğu kimi 2025-ci ildə də klubumuza dəstəyini nümayiş etdirib. Daim “Qarabağ”a diqqət və qayğı ilə yanaşan dövlət başçısı komandamız pley-offda “Ferensvaroş” səddini keçərək Liqa mərhələsinə çıxdıqdan sonra sərəncam imzalayıb.
 

“Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb.


Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev həm “Ferensvroş”la cavab oyunu, həm də Liqa mərhələsinin “Benfika” və “Kopenhagen” üzərində qazanılan qələbələrindən sonra təbrik paylaşımı edib.
Azərbaycan futbolunda ilk

Komandamız Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. “Qarabağ” buna Liqa mərhələsinin I turunda imza atıb.

Portuqaliyada “Benfika” ilə görüşən komandamız 2 qol buraxaraq məğlub duruma düşsə də, Lissabondan əzmkar qələbə ilə dönüb – 3:2. Bu, ölkə futbolu tarixinə Çempionlar Liqasının əsas raundundakı ilk qələbə kimi düşüb.

İki oyun, iki ilk: Bikalyo və Cəfərquliyev tarixə düşdü

Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan klubunun futbolçusu oyunun ən yaxşısı seçilib. Komandamızın yarımmüdafiəçisi Pedro Bikalyo Liqa mərhələsinin “Benfika” ilə səfər matçında bu mükafata sahib çıxıb. Növbəti turda da ilk yaşanıb. Elvin Cəfərquliyev bu ada layiq görülən ilk azərbaycanlı futbolçu olub. O, “Kopenhagen”lə ev görüşündə fərqlənib.

Dünya çempionu Bakıda

Komandamız Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki ev oyununda xal qazanıb. “Kopenhagen” üzərində qələbənin ardınca rəqib klublararası dünya çempionatının yeni qalibi “Çelsi” olub. İngiltərə klubu ilə başabaş mübarizə aparan “Qarabağ” dünya çempionu ilə sülhə imza atıb. Bu, həm də futbolun yaradıcısı olan İngiltərə təmsilçilərindən alınan ilk xal olub.
İlin ən yaxşıları

Komandamızın il ərzində qazandığı nailiyyətlərə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə də mükafatlandırılıb. Klubumuz 2024/25 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanması, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlməsi, Çempionlar Liqasında ikinci dəfə ən güclülər sırasında yer alması iki mükafatın təqdim olunmasına əsas verib. Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandamızın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.
“Top-100”də

Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dünya reytinqində ölkəmizin ən yaxşı təmsilçisidir. 2025-ci ilin yanvarında 81-ci olan “Qarabağ” dekabrdakı cədvəldə planetin 68-ci komandasıdır. “Top-100”də möhkəmlənən komandamız noyabrda 65-ci sırada yer alıb. Bu göstərici Avropa və dünyanın bir sıra tanınmış klublarını arxada qoymaq üçün yetərli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Azərbaycanda İLK: Bu yolu 130 kilometr sürətlə getmək mümkündür

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

İsDB-nin ən yüksək məbləğli layihəsi QARABAĞDA icra olunacaq

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Cənubi Koreyada robot rahibliyə qəbul edildi - VİDEO

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Tramp mayın 14-dək İrana VAXT VERDİ: "Əgər bu baş verməsə..."

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

Şəkidə kişi siqaret pulu verməyən arvadını döydü

İlk dəfə qızından danışdı...

İlk dəfə qızından danışdı...

CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN-in qurucusu Ted Törner vəfat etdi

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Mirələm Mirələmovun adından dələduzluq EDİLDİ

Tələbələrdən müəllimlərinə unudulmaz JEST – FOTO/VİDEO

Tələbələrdən müəllimlərinə unudulmaz JESTFOTO/VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Gəncədə uşaq bağçasında azyaşlılar təhqir edildi: Rəsmi reaksiya - VİDEO

Bəzi ərazilərdə QAZ olmayacaq

Bəzi ərazilərdə QAZ olmayacaq

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

Ukrayna: Rusiya 9 May atəşkəsinə əməl etmir

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

ABŞ təklif göndərdi - İran isə hələ CAVAB VERMİR

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Bu yolda radar nəzarəti gücləndirildi - Yol Polisindən XƏBƏDARLIQ

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Novxanıda öldürülən gəncin KİMLİYİ məlum oldu

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

Uşaqlar üçün VİDEOÇARX: “İnternetdə hər kəs dost deyil!”

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

BU ŞƏXSLƏRƏ üçaylıq məvacib həcmində müavinət veriləcək

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

22 yaşlı qız atası və əmisi ilə bağlı videomüraciət yayıb KÖMƏK İSTƏDİ

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Türkiyənin Ali Seçki Komissiyasına yeni sədr seçildi

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Novxanıda bıçaqlanma: Gənc oğlan öldürüldü

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Kababla ən yaxşı “gedən” spirtli içki növü AÇIQLANDI

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

WP: İran ABŞ obyektlərinə rəsmi açıqlanandan daha çox ziyan vurub

End of content

No more pages to load

RADİO