Azərbaycan Üzgüçülük Federasiyasının rəhbər heyəti LEN Avropa Üzgüçülük Federasiyasının seçki hesabat konfransında iştirak edir.
Bizim.Media-nın məlumata görə, Almaniyanın Frankfurt şəhərində təşkil olunan tədbirdə Azərbaycanı Federasiyanın vitse-prezidentləri Elçin Həsənov və Mark Koqanov, baş katib Fərid Bənəyarlı təmsil edir.
Konqres zamanı LEN-in prezidenti Paulo Barelli çıxış edib və öz vəzifəsindən istefa verdiyini elan edib.
Bundan sonra yeni prezident seçkiləri keçirilib və portuqaliyalı Antonio Silva LEN-in yeni Prezidenti seçilib.
Bizim.Media