“Sabah” braziliyalı Silva Fillə 1,5 illik müqavilə bağlayıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Onun son klubu Portuqaliya “Koimbra”sı olub.
Yeni transfer "Sabah"da 15 nömrəli formada çıxış edəcək.
Bizim.Media